Naxçıvan Ali Sovetinin sədri Vasif Talıbov Batumidə beşulduzlu otel tikdirir. Köhnə mehmanxan binasının yerində tikiləcək “London” otelinin inşaat işləri ilə Talıbova məxsus olan “Gəmi Qaya” şirkəti məşğuldur. Tikinti işlərinə rəsmən iyulun 26-da başlanıb. Şirkət otelin ərsəyə gəlməsinə ilkin olaraq 10 milyon dollar ayırıb.
“Trend” xəbər verir ki, otelin təməlqoyma mərasimində Batuminin meri Robert Çxaidze, Acarıstanın maliyyə naziri Zaur Bolkvadze və Naxçıvan şəhərinin meri Vüqar Səfərov iştirak ediblər.
Yeni otelin inşaası zamanı köhnə mehmanxanasının fasadı saxlanacaq. Yeni fasad üçün istifadə ediləcək daşlar da əsasən köhnə mehmanxanadan qalanlar olacaq. Oteldə 60 otaq nömrəsi olacaq.
azadliq.info