Gələcəyin robot-helikopterləri hazırlanır

NASA-nın Pasadenadakı laboratoriyasında yeni miniatür pilotsuz aparat hazırlanıb. Aparat müstəqil şəkildə istiqamətini təyin edə bilir. İnsanları identifikasiya edə bilən ixtira GPS olmayan yerdə uça və binaların içinə daxil ola biləcək. Missiyanın yerinə yetrilməsi üçün ona ancaq hədəfi göstərmək lazımdır. Bu keyfiyyət onu mükəmməl döyüş maşınına çevirir. Xüsusilə şəhər döyüşlərində.

Yeni pilotsuz uçan aparat hərbçilərə kəşfiyyat, düşməni aşkar etmə və məhv etmə imkanı verir. İxtira hərbi döyüşlərin simasını dəyişdirmə qadirdir. Çünki qapalı məkanlarda döyüş apara bilər. Hər bir əsgər öz robot-kəşfiyyatçısına sahib olacaq. Uçan mikrorobotlar üçün döyüş şəraitinə uyğun silahlar hazırlancaq.

Kvadrokopter adlanan dörd vintli aparat naviqasiya sisteminə və videokameraya malikdir. Ətrafının üç ölçülü görüntüsünü yaradan aparat maneələri asanlıqla aşa və hədəfin başı üstündə dayan bilir. Bu cür sistem dünyanın ən kiçik həcmli pilotsuz təyyarəsi sayılan PD-100 Black Hornetdə istfadə olunur. O, 20 santimetr ölçüyə, 15 qr çəkiyə malikdir.

Yeni nəsil pilotsuz təyyarələr qarşıdakı onillikdə ən çətin hərbi tapşırıqları yerinə yetirməyə qadir olacaqlar.

azadliq.info