Neftin qiyməti ilə bağlı proqnoz endirildi

Dünya bazarında “WTI” markalı neftin qiyməti 40 dollar/barelə və ya daha aşağı enərsə, o zaman ABŞ-da aktiv neft quyularının sayında artım prosesi dayana bilər.

Bu proqnozu “Deutsche Bank”ın analitikləri verib.

Analitiklər bu ehtimalı onunla izah edirlər ki, neftə tələbat sabit qalmaqda davam edəcək, lakin OPEC və ona üzv olmayan ölkələr neft hasilatının azaldılması ilə bağlı anlaşmanı növbəti dəfə uzatmayacaq. Bu səbəbdən hazırda neftin qiyməti elə bir səviyyəyə enmək istəyir ki, bu səviyyədə ABŞ-da aktiv neft quyularının sayı artmasın.

Deutsche Bank” həmçinin neftin qiyməti üçün verdiyi proqnozları aşağı salıb. Belə ki, “Brent” markalı neft üzrə 2018-ci il üçün 63 dollar/barel olan orta qiymət proqnozu 54 dollar/barelə, 2019-cu il üçün 65 dollar/barel olan proqnoz 56 dollar/barelə, uzunmüddətli perspektiv üçün isə 65 dollar/barel olan proqnoz 60 dollar/barelə endirilib.