Rusiya müxalifəti iyulun 26-da Moskvanın mərkəzində etiraz aksiyasına başlayıb. Novopuşkinsk Meydanında keçirilən aksiya şəhər rəhbərliyi ilə razılaşdırılıb. Aksiyada çıxış edənlər hakimiyyəti müxalifətin mayın 6-da Moskvanın Balotnaya Meydanında keçirdiyi etiraz aksiyası iştirakçılarında tutulanlara işgəncə verməkdə ittiham edirlər.
Elə bu gün səhər saatlarında Moskva polisi Bolotnaya mitinqinə görə daha iki müxalifət fəalını saxlayıb. Müxalifətçilərdən 14 nəfəri mayın 6-da keçirilmiş həmin aksiyaya görə ittihamlarla üz-üzə qalıb.
Aksiyada “Siyasi məhbuslara azadlıq!”, “Birimiz hamımız üçün, hamımız birimiz üçün”, “Biz qalib gələcəyik!”, “putin qorxaqdır!” kimi şüarlar səsləndilrilib.
Mokskva mitinqinə dəstək olaraq Samarada da mitinq keçirilib.
Mayın 6-da – Vladimir Putinin 3-cü dəfə prezident kimi and içməsindən bir qədər əvvəl keçirilən keçirilmiş həmin aksiyada polislə qarşıdurma yaranmış, azı 400 nəfər saxlanmışdı.
Aksiya hələ də davam edir. “Radio Svoboda” saytı Puşkinsk meydanındakı çıxışları canlı yayımlayır.
azadliq.info