İki Koreyanın davası Azərbaycana baha başa gəldi

Cənubi Koreyanın milli valyutası – von Şimali Koreyanın ballistik raketi sınağdan keçirməsi xəbəri ilə ucuzlaşmağa başlayıb. ”
Bloomberqin yaydığı məlumatda bildirilir ki, von ABŞ dolları ilə müqayisədə son 4 ayın minimal səviyyəsinə düşüb. Qeyd edək ki, hazırda məzənnə 1 150 KRW/USD-yə bərabərdir. İyunun 27-28-də xarici investorlar 2 trln. von (1,7 mlrd. ABŞ dolları) həcmində dövlət istiqrazı satıblar.
Bu hadisə Azərbaycana da ziyan vurub. Məsələ burasındadır ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 1,3%-i, yəni 430 mln. dollarlıq hissəsi Koreya vonunda aktivlərə yatırılıb.