Tacikistan “Youtube”a qadağa qoyub. Tacik istifadəçilər xəbər verir ki, bir neçə saatdır sayta giriş mümkün deyil. Hadisənin səbəbini Dağlıq Bədəxşan muxtar vilayətinin Xoroq şəhərində baş verənlərlə əlaqələndirirlər. Son günlər “Youtube”a Tacikistandan kənarda keçirilən etiraz aksiyaları ilə bağlı materiallar yerləşdirilir. Onlar axıdılan qanın kəsilməsini tələb edirlər.
Tacik höküməti bu hadisədən də qabaq ölkənin internet provayderlərindən “Facebook” və bir neçə müstəqil xəbər saytına blok qoymasını tələb etmişdi.
azadliq.info


