Türkiyənin ana müxalifət partiyası CHP 16 apreldə keçirilən referendumun rəsmi nəticələrindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.
Hüquqşünasların hazırladığı şikayət ərizəsini bu gün partiya başqanı Kamal Kılıçdaroğlu imzalayıb. O, referendumla bağlı Yüksək Seçki Kurulunun açıqladığı son nəticəni qeyri-qanuni hesab etdiklərini bildirib:
“Yüksək Seçki Kurulu referendumun nəticələrinə böyük ölçüdə kölgə salıb. Ərizələrimiz hazırdır və biz onu Avropa İnsan Haqları Məhkəməsinə göndəririk”,- deyə bildirib.
azadliq.info