“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi Brüsseldə siyasi fəsil üzrə keçiriləcək.”
Bunu “SalamNews” saytına açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin Siyasət şöbəsinin rəhbəri Denis Danilidis bildirib.
Onun sözlərinə görə, bu, iyulun ikinci yarısında baş tutacaq.
Denis Danilidis əlavə edib ki, iyunun 30-da Aİ ilə Azərbaycan arasında ticarət fəsli üzrə videokonfrans baş tutub: “İyulun ikinci yarısında ticarət fəsli üzrə yeni videokonfrans keçiriləcək.”