Ani mesajlaşma sistemi Google Talk (GTalk) istifadəçiləri üçün əlçatmaz olub. Google rəhbərliyi bu haqda məlumat yayıb. GTalk-la bağlı problem bir çox istifadəçidə üzə çıxıb. Hesaba daxil olduqda, qarşılarına sistemdə səhvlə bağlı mesaj çıxır. İnternet nəhəngi Google problemi araşdırır və nəticələri elan edəcəyini bildirib.
Google Talk brauzerin pəncərəsində, mobil cihazlarda mesajlaşmağa imkan verir. Servis XMPP protokolu ilə işləyir və bu parametri dəstəkləyən istənilən cihazla proqramdan istifadə mümkündür.
azadliq.info


