London Olimpiadasında bu dəfə dopinq qalmaqalı

Londonda keçiriləcək XXX Olimpiya Oyunlarının startına bir gün vaxt qalmasına baxmayaraq ikinci qalmaqal yaşanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, qanında dopinq aşkar edilən 9 atlet diskvalifikasiya edilib.

Dopinqli idmançılardan üçü rus, ikisi ukraynalı, biri bolqar, biri yunan, biri mərakeşli, digəri isə türkdür.

Bolqar İnna Eftimovadanın qanında süni bəsləmə hormonu, ukraynalı Nataliya Tobias və Antonina Yefremova sintetik testosteron preparatının izləri aşkar edilib. Bu üç atlet iki il müddətinə beynəlxalq yarışlardan məhrum ediliblər.

Olimpiyadadan uzaqlaşdırılan idmançılar bunlardır:
Rusiya: Svetlana Klyuka, Yevgenia Zinurova, Nailya Yulamanova.
Ukrayna: Natalia Tobias, Antonina Yefremova
Bolqarıstan: İnna Eftimova
Yunanıstan: İrini Kokkinariou
Mərakeş: Abdürrahim Goumri
Türkiye: Meryem Erdoğan

Qeyd edək ki, rəsmi açılış olmasa da Olimpiadada iki qalmaqal yaşanaıb. Ötən gün Olimpiya kəndində Şimali Koreyanın qızlardan ibarət futbolçularının təqdimatı zamanı Cənubi Koreya bayrağı qaldırılmışdı.