Almaniyanın “Hamburq” futbol klubu “Barselona” ilə keçirdiyi yoldaşlıq görüşündən narazılıq qalaraq, 400 min avrosunu tələb edir. Bu haqda alaman qəzeti “Welt” qəzeti yazır. “Hamburq”un 125 illiyi münasibətilə keçiriləcək yoldaşlıq görüşünə dünyanın ən yaxşı futbolçuları gəlməli imiş. Ancaq “Barselona”nın və dünyanın bir nömrəli futbolçusu Messi məşqdə zədələnərək, Almaniyaya gələ bilməyib.
“Barselona”nın məşqçisi Tito Vilanova: “Biz uçmağa hazırlaşırdıq. Messi də bizimlə uçmağa hazırlaşırdı. O, stadionda idi və gəlməyə hazır idi. Ancaq qərar verdik ki, o, qalmalıdır. Vəziyyətinin daha da pisləşməsi riski vardı”.
Futbol matçına gələn azarkeşlərin isə vecinə deyil, dahi Messi hansı səbəbə görə gələ bilməyib. Onlar Messini meydanda görmək istəyiblər. Bir çox azarkeş pullarını geri tələb edib. Öz növbəsində “Hamburq” klubu “Barselona”dan maddi zərər kimi 400 min avro tələb edib. Alman klubu biletlərin satılmasından və televiziyada nümayiş hüququndan 900 min avro qazanmışdı. Keçirilən yoldaşlıq görüşü isə 2:1 “Barselona”nın qələbəsilə başa çatıb.
azadliq.info


