Qüdsdə İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən atışma nəticəsində 35 nəfər yaralanıb.
Fələstinin Qızıl Ay Cəmiyyəti tərəfindən yayılan açıqlamaya əsasən, Məscidi-Aksa yaxınlığında Babul-Esbat bölgəsində İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma yaranıb.
Məlumata görə, hərbçilərin mərasim iştirakçılarına qarşı plastik güllə və göz yaşaradıcı qaz tətbiq etməsi nəticəsində birinin vəziyyəti ağır olmaqla 35 nəfər yaralanıb.