“Financial times” qəzetinin yazarı Karolina Lonq London Olimpiadasında çıxış edəcək komandaların rəsmi formaları və dizaynlarını təhlil edib. Məqalədə Beliz, B.Britaniya, Yamayka kimi ölkələrlə yanaşı Azərbaycan Olimpiada yığmasının geydiyi rəsmi forma da diqqət çəkib.
Komanda üçün dizayn edilən mərasim formasına bir az gülüş, bir az ironiya ilə yanaşılıb.
“Azərbaycan olimpiya millisinə forma tikdirmək üçün italyan dizayner Ermano Skervinoya sifariş verib. Dizayner yaratdığı formada istedadını tam açmasa da, ölkənin birinci ledisi hazırlanan bütün geyimləri bəyənib. Sanki stüardessa ilə kriket ustası açılış mərasimində peyda olacaqlar. Əlbəttə ki, bu digər idmançıların diqqətini cəlb edəcək. Görəsən onlar karandaşa oxşayan ultra dar ətəklərdə pilləkənləri necə qalxacaqlar? Bəlkə axsamaq yeni olimpiada idman növü olub?”
azadliq.info


