Ürək xəstəliyindən əziyyət çəkən məhkəmə sədri Fərhad Əfəndiyev bu gün Göyçay şəhərində yerləşən mənzilində ürək tutmasından dünyasını dəyişib.
Fərhad Əfəndiyev 2000 – 2007-ci illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2007 – 2012-ci illərdə Mingəçevir Şəhər Məhkəməsinin sədri və 2012 -ci ildən Göyçay Rayon Məhkəməsinin sədri vəzifəsində işləmişdir.