Kanalın 3 əməkdaşı xəstəxanaya yerləşdirilib
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından “Trend”ə verilən məlumata görə, dünən günorta saatlarında ATV kanalının 20-23 yaşlarında 3 əməkdaşının zəhərlənməsi barədə təcili yardıma müraciət olunub.
Telekanala təcili tibbi yardım həkimləri çağırılıb. Onlara ilkin tibbi yardım göstərilib və əməkdaşlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. ATV əməkdaşlarının dönərdən zəhərləndiyi məlum olub.


