kamal-ismet

İsmət Abbasovdan Kəmaləddin Heydərova cavab zərbəsi

kamal-ismetKənd təsərrüfatı naziri idxal məhsullarının statistikasına “əl gəzdirildiyini” açıqladı

Bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Sabir Vəliyev Azərbaycana gətirilən kartofun heyvan yemi olması barədə sensasion açıqlama vermişdi.
Bu açıqlama Kənd Təsərrüfatı naziri Ismət Abbasovun idxal mafiyasının başında dayanan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova zərbəsi kimi dəyərləndirilmişdi. Sabir Vəliyevin bu açıqlamasından dərhal sonra “fövqəlnazir”ə yaxınlığı ilə seçilən politoloq Cümşüd Nuriyevin Ismət Abbasovu korrupsiyada ittiham etməsi, hətta ünvanına aşağılayıcı ifadələr işlətməsi deyilənlərin doğru olduğunu ortaya qoydu.
Lakin deyəsən Ismət Abbasov da geri çəkilmək niyyətində deyil. O, “fövqəlnazir”ə növbəti zərbəni endirib.
Dövlət Baytarlıq Xidməti 2012-ci ilin 6 ayında Azərbaycana idxal olunan ərzaq məhsulları ilə bağlı statistika açıqlayıb. Həmin statistikadan məlum olur ki, məsələn, 2012-ci ilin 6 ayında ölkəyə 14,5 ton qoyun əti idxal olunub. Amma Azərbaycana gətirilən it-pişik yemi 868 ton təşkil edir. Təbii ki, Dövlət Baytarlıq Xidməti bu statistikanı Dövlət Gömrük Komitəsindən götürüb. Deməli, bu absurd da gömrük komitəsinə aiddir. Və Dövlət Baytarlıq Xidmətinin b gülməli statistikanı ictimailəşdirməsi təsadüfi deyil. Məsələ burasındadır ki, Dövlət Gömrük Komitəsi  “fövqəlnazir”in nəzarətindədir. Ismət Abbasova tabe olan baytarlıq xidməti bu statistikanı açıqlamaqla Kəmaləddin Heydərovun nəzarətində olan qurumda idxal məhsullarının statistikasına “əl gəzdirildiyini” və tonlarla  məhsulun gömrükdən kənar ölkəyə keçirildiyini nümayiş etdirmək istəyir.

Hikmət