Büdcədən böyük pullar aldığından SOCAR-ı qaz itkisi narahat etmir

“Azərbaycanda qaz itkiləri həddindən artıq çoxdur”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili vahid Əhmədov deyib.

Onun sözlərinə görə, qaz itkiləri aradan qaldırılsa, SOCAR-a əlavə vəsait ayrılmasına ehtiyac qalmayacaq.