Almaniya parlamenti Dağlıq Qarabağdakı “seçkini” tanmadı

Almaniya Xristian Demokratlar İttifaqı / Xristian Sosialistlər Birliyi-Federal fraksiyasının xarici siyasət üzrə məruzəçisi Philipp Missfelder və həmin fraksiyanın xarici məsələlər üzrə bölməsinin rəhbəri Karl-Georg Vellmann Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri” ilə əlaqədar bəyanatla çıxış ediblər.

Bəyanatda qeyd olunur ki, 19 iyul 2012-ci il tarixdə beynəlxalq hüquqa əsaslanmayan, tanınmayan Dağlıq Qarabağ ərazisində təyin olunmuş “prezident seçkiləri” münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədilə beynəlxalq birliyin göstərdikləri cəhdlərə ağır bir zərbədir: “Beynəlxalq birlik beynəlxalq hüquqa əsaslanaraq Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz bir tərkib hissəsi hesab edir. (lent.az)