İranda toyuq ətinin bahalaşması etirazlara səbəb olub

Toyuq ətinin bahalaşması İranda nadir hallarda baş verən hökümət əleyhinə etirazlara səbəb olub.

Ölkənin şimal-şərqində yerləşən Nişabur şəhərində bazar ertəsi bir qrup yerli sakin etiraz aksiyası keçirib.

Şəhərin əsas meydanına toplaşan camaat toyuq ətinin son 2 ay ərzində 2 dəfə bahalaşmasına görə günahı hökümətin üzərinə qoyan şüarlar səsləndiriblər.
Həbslər barədə xəbərlər yoxdur.
Toyuğun qiyməti digər əsas qida növlərilə yanaşı nəzərəçarpan dərəcədə bahalaşıb. Bahalaşmanın səbəbi beynəlxalq sanksiyalara görə İran valyutasının zəifləməsilə əlaqələndirilir.
İranlılar hətta son bahalaşma ilə bağlı zarafatlaşaraq ölkədə əhali arasında yeni təbəqələşmənin getdiyini də bildirirlər: onlar camaatın hazırkı həyat səviyyəsinin ikicür təsvir edilə biləcəyini qeyd edirlər – “toyuq əti növbəsindən aşağı və yuxarı yaşayanlara