Qazlı su adamı kökəldir

Alimlər qazlı suyun nəyə görə piylənməyə səbəb olduğunun səbəblərini müəyyənləşdiriblər. Tərkibində xeyli miqdarda fruktoza, süni şirinləşdirici və şəkər spirti olan qazlı sullar insanın bağırsaq florasının dəyişməsinə, bu da maddələr mübadiləsinin pozulmasına səbəb olur. Alimlərin araşdırması nəticəsində məlum olub ki, qazlı su mədə-bağırsaq sistemində həzm olunarkən xırda həlqəli piy hüceyrələri əmələ gətirir və bu, enerji mənbəyinə çevirilir. Amma həddindən artıq qazlı suyun qəbulu qanda şəkərin miqdarını artıtır ki, bu da piylənmə ilə nəticələnir. Bundan başqa qazlı su bağırsağın divarına da mənfi təsir göstərir. Bu isə bağırsağın bir sıra yerlərində iltihabı prosesə səbəb olur.
Qazlı sudan həddindən artıq çox istifadə eyni zamanda şəkərli diabetə və ürək-davamar xəstəliklərinə səbəb ola bilər. Piylənməyə gəlincə, hər gün 1.5 litr qazlı su içmək 10 ilə sizin qarın nahiyənizin 5 dəfə böyüməsinə səbəb ola bilər.

İnformasiya şöbəsi