Anar Məmmədovun Qolf Federasiyası qeydə alındı

“Azərbaycan Qolf Federasiyası” İctimai Birliyi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib (Modern.az). İctimai Birliyin rəhbəri nəqliyyat nazirinin oğlu, “ZQAN Holdinq” şirkətinin prezidenti Anar Məmmədovdur.

Anar Məmmədov 2011-ci ilin dekabrında təsis olunan Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib. Nazirlikdən verilən məlumata görə, “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyi məqsədi qolf idman növünün Azərbaycanda inkişafına və təbliğinə kömək etməkdir.

Qolf idman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçiriləcək olimpiya oyunları siyahısına salınıb.