O yanan bina hansı Azərbaycanın simvoludur?

Heydər Əliyev Mərkəzinin yanmasına sevinənləri ən aşılalmaz, səviyyəsiz şəkildə ittiham edənlərlə, “millət düşməni”, “vətən xaini” kimi damşğalayıb az qala, ölkədən qovmaşa çaşıranlarla işim yoxdur. Onlar xislətcə kölədirlər, onlar dünyada hansı rüzgarların əsdiyini, diktatorların heykəllərinin bir-birinin ardınca domino daşları kimi necə yıxıldışını görməyəcək qədər kor, ömrünü öz xalqını əzməyə, sümürməyə həsr etmiş tiranların adları ilə başlı atributların tarixdən silinməyə başladığı bir çaşda yaşadığımızı anlamayacaq qədər beyinsizdirlər.
Mənim sözüm rejim yandaşlarına qoşulub o mərkəzin binasını “Bakının rəmzi”, “Azərbaycanın simvolu” adlandıran müxalifət funksionerlərinə, yumşaq qarınlı müxalif qələmlərədir. Sizə nə olub, xanımlar və bəylər? Siz niyə coşmusunuz? Siz niyə “təkərdəsiniz”?
Şəxsi fikrimi soruşsanız, o binanı zövqlü hesab eləmirəm. Hətta sizin tərifli sözlərinizdən, mədhlərinizdən sonra gedib yaxından da baxdım, həm də təkrar-təkrar baxdım, heç bir estetik həzz almadım. Orada korrupsiyanın parıltısından başqa bir şey yoxdur.
Yaxşı, gəlin bunu mənim zövqsüzlüyümə başlayaq və belə qəbul edək ki, siz haqlısınız. O həqiqətən yüksək memarlıq nümunəsidir. Bəyəm siz deyən kimi olsa – o binanın memarlıq üslubu, sənət və sənətkarlıq dəyəri göz və könül oxşasa, onu “Bakının rəmzi”, “Azərbaycanın simvolu” kimi qəbul etmək, başqalarına da qəbul etdirməyə çalışmaq doğrudurmu? Başa düşmək o qədərmi çətindir ki, bu cür yanaşma elə daxili köləliyin əlamətidir. Içinizdə pusquya yatmış və partlamaq üçün fürsət gözləyən mütiliyin, şahsevənlik duyğusunun görsənişidir.
Qısası, adı Heydər Əliyev Mərkəzi, missiyası da bir nəfəri ictimai şüura, insanların beyninə və ürəyinə “əvəzsiz”, “ümummilli”, “dahi” rəhbər kimi qəbul etdirmək olduqca o bina maddi dəyərdən başqa heç bir dəyərə sahib ola bilməz.
Heç bir mənəvi dəyər daşıyıcısına çevrilə bilməz. Şəxsiyyətə pərəstişin, şahsevənliyin atributundan başqa heç nə ifadə etməz.
Simvol olmasına gəldikdə isə… Olsa-olsa, hər kəsdən mütiliyin tələb edildiyi, kimsəyə fərqli, özgür düşünmək haqqının tanınmadışı, oşurluşun, talançılışın, yalanın və yaltaqlışın normaya çevrildiyi bir Azərbaycanın simvolu ola bilər. Məgər sizə o Azərbaycanmı lazımdır, xanımlar və bəylər?
Əgər elədirsə, bunu açıq, birbaşa söyləyin də, işimizi bilək. Yoxsa nə ehtiyac var, türkün sözü, bu qədər laf dolandırmağa?
Ibrahimbəyovun yanından gedənlərə bir neçə söz
Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar Ittifaqından istefa verib əldəqayırma Kinematoqrafçılar Ittifaqına keçənlərin açıqlamalarını oxuyuram. Hamısı bir-birinin ağzına tüpürübmüş kimi qanuni ittifaq haqqında eyni sözləri təkrarlayıb dururlar:
– siyasiləşmişdi;
– fəaliyyətsiz idi;
– mən əvvəldən bu qurumun rəhbərliyindən narazı idim və s.
Sovetlərin mirası olan bütün yaradıcı ittifaqlara da, o ittifaqların rəhbərlərinə də münasibətim eynidir. Başda Azərbaycan Yazıçılar Birliyi olmaqla, rəssamların da, kinematoqrafçıların da Sovetdənqalma birliklərinin daşılmasının tərəfdarıyam. Mədəniyyətin hər sahəsində fərqli, alternativ, bir-birilə intriqada, polemikada olan birliklərin yaranmasının tərəfdarıyam. Yetər ki, bu, hakim gücün iradəsilə, hakim gücün maraqları naminə, şəxsi qisasçılıq, siyasi intiqam uğruna baş verməsin.
Bütün bunlar öz yerində.
Həqiqi Kinematoqrafçılar Ittifaqından istefa verənlərin isə özünəbəraət cəhdləri həm gülünc, həm də qeyri-səmimi görünür. Bu iki səbəbdən:
BIR: əgər sən lap əvvəldən qanuni Kinematoqrafçılar Ittifaqından narazı olmusan, amma susmusansa, danışmağa isə hakimiyyət o ittifaqın dublikatını yaradandan, o ittifaqı əzmək üçün hücuma keçdikdən sonra başlamısansa, bu, sənin danışdığın anlamına gəlməz, sənin danışdırıldığın anlamına gələr.
IKI: əgər sən qanuni Kinematoqrafçılar Ittifaqının rəhbərlərinin hakimiyyətin ünvanına tənqidlərini o qurumun siyasiləşməsi kimi qəbul edir və buna görə istefa verirsən, sonra da gedib rəhbərləri hakimiyyəti mədh edən əldəqayırma Kinematoqrafçılar Ittifaqına üzv olursansa, bu da sənin qeyri-səmimiliyini, riyakarlığını göstərər. Necə yəni, hakimiyyəti tənqid etmək siyasiləşməkdir, amma mədh etmək yox?