“Mən tarixə düşəcəyəm” iddiası ilə ədəbiyyata gəlmək elə bəribaşdan özünü SÖZ dünyasından silmək deməkdir. Əlbəttə, başqalarının əsərlərini oşurlamaqla, həyasızlıqla, cinayətlə tarixə düşmək mümkündür, amma ürəklərə yox. Ən böyük, ən dəqiq tarix isə ürəklərdə yazılır.
37-ci ildə tarixə düşmək üçün dahi insanları satanlar, onların güllələnməsinə, sürgün olunmasına, ailələrinin daşılmasına, övladlarının gözüyaşlı qalmasına səbəb olanlar bu gün ürəklərdə yoxdurlar. Ürəklərdə yaşayan, şeirləri dillər əzbəri olan Əhməd Cavaddır, Caviddir, Müşfiqdir… Nə olsun ki, onların qanlarını damarlarında daşıyan yadigarları qalmadı. Dahi yazıçını, şairi övladı yaşatmır, qoyub getdiyi SÖZlər, əməllər, xatirələr yaşadır. Ünlü türk şairi Nazim Hikmət Moskvada yaşadışı illərdə onun ən yaxın dostu olan görkəmli türkoloq Radi Fiş həbsxanaya düşən manyak cani ilə bağlı “Nazim Hikmət” kitabında ilginc bir xatirə qeyd edib: “Şeytan qulaşıma pıçıldayır ki, onu öldür. Onsuz da biz adamı odun yarırmış kimi doşrayırıq. Günlərin bir günü özünün də böyründən bıçaq soxurlar və sən həmişəlik unudulursan. Amma beləsini öldürsən, hamı səndən danışar, bütün qəzetlər səndən yazar. Adın da düşər tarixə”.
Ölkədəki istedadlı, aşıllı insanları həbs edənlərin, cəsur jurnalist Elmar Hüseynovun qətlinə fərman verənlərin tarixə düşmək üçün Nazim Hikməti öldürmək istəyən manyak canidən heç bir fərqi yoxdur. Bu gün fəxri ad alan şairdən tutmuş müşənnisinə kimi hamı ürəklərə deyil, tarixə düşmək üçün çalışır, milyon hoqqadan çıxır, min cür ləyaqətsizlik edir. Ən əxlaqsız hərəkətləri isə başqalarının şəxsi həyatına qarışmaqla edirlər. Hökumət nümayəndələrini deyə bilmərəm, zatən onların çörəyi camaatın evini yıxmaqdan, başqalarına şər-böhtan atmaqdan, yataq otaqlarına kamera yerləşdirməkdən çıxır. Amma özünü “ədəbiyyatçı” sayanların analoqsuz həyasızlışı ürək bulandırır.
Bu yaxınlarda yaxın qələm dostumun başına qəribə hadisə gəlib. Adətən dostum, yazıları ilə baş-başa qaldışı vaxt ona mane olmamaq üçün telefonunu söndürür, qapısından isə “lütfən, narahat etməyin” plakatı asır. Demək, dostum yeni əsəri üzərində işləyən zaman evinin qapısı bərk-bərk, aramsız döyülüb. Zavallı dostum, qapını açmaşa məcbur olub və qapıdan asılan plakatı yad adama göstərib. Adam isə deyib ki, kimin qapısını döydüm açan olmadı, hamı elə bildi işıq, qaz nəzarətçisiyəm. Ona görə də məcbur olub bu qapını döydüm. Sonra da məlum olub ki, yad adama təcili kompüter lazımdır. Ürəyiyumşaq dostum onu içəri dəvət edib, kompüter olan otaşa aparıb. Yad qonaq dostumun kompüterindən onun əsərlərini “kopiravat” etməklə məşşul olan vaxt, dostum ona mətbəxdə yumurtalı sucuq bişirirmiş.
Dəyərli dostlar, qapıya qatıq, qələvi, xlor satan gələndə diqqətli olun! Oğruların, casusların, evyıxanların buynuzu olmur. Bir də gördünüz, onun evinizdən oğurladığı “maddə”, sizə satdığı qələvidən daha təhlükəli oldu. Kim bilir, bəlkə, cəsur, istedadlı jurnalist Xədicə xanım Ismayılın da evinə kameraları qatıq satan qadın quraşdırıbmış. Indi casusluğuna görə ona verilən pul-paraya özünə süd-qatıq zavodu açıb, kef edir. Kim bilir, bəlkə, iki əsr əvvəl alman ədibi Fridrix Martin fon Bondenşted də Azərbaycanın görkəmli şairi Mirzə Şəfi Vazehə elə belə kələk gəlib, əsərlərini oğurlayıbmış. Sadəcə bir fərq var: Mirzə Şəfiyə kələk gələn “nemes” kişi olub, dostumun əsərlərini isə azərbaycanlı qadın oğurlayıb. Yaxşı deyirlər, bütün cinayətlərin, xoşbəxtliklərin başında qadın dayanır. Və çox təəssüf ki, xoşbəxtlik, sülh carçısı olan qadınların sayı gündən-günə azalır. Peyğəmbərimiz “cənnət anaların ayağı altındadır” desə də, indi əksər bədbəxtliklərin qadınların ayağı altından çıxdığını görürük.
Gərək analar övladlarına uşaq vaxtından başa salsınlar ki, başqasının özəl əşyasına toxunmaq ləyaqətsizlikdir. Mən alim ailəsində böyüməsəm də, övadlarına insanlıq dərsini doğru başa salan valideynlərim olub. Yaxşı yadımdadır, bir dəfə bizə qonaq gələn atamın dostu cibindən dəsmalını ona verməyi məndən xahiş etdi. Mən asılqandan pencəyi yerə salıb, sürüyə-sürüyə atamgilin yanına apardım. Qonaq təəccüblə “axı mən səndən dəsmal istədim, pencək yox” deyəndə, mən ona “anam deyir ki, başqasının cibinə girmək ədəbsizlikdir” cavabını verəndə otaqda qopan gülüşün sədalarını hələ də unutmamışam. Balaca vaxtı qızım da atasının, dostlarının dəsmallarını pencəklərini sürüməklə onlara çatdırırdı. Amma qadınlar var ki, nəinki atalarının, ərlərinin, hətta yad kişilərin cibinə, kompüterinə icazəsiz, oğru kimi girməkdən həzz alırlar. Bir ara, saytlarda “hansı fitri istedada sahib olmaq istərdin?” sorğusu keçirilirdi. Əksəriyyət, “başqasının ürəyini oxumaq istərdim” cavabını vermişdi. Vallah, bəzən adam öz ürəyi ilə baş-başa qalanda utanır, o ki ola başqasının ürəyinə girəsən. Nə qədər manyak olmalısan ki, kiminsə ürəyinə girməyi arzulayasan…
P.S. Maraqlıdır, hakerlər qorxuludur, yoxsa ürəklərə zorla girmək istəyənlər?

Oğruların, casusların, evyıxanların buynuzu olmur
•