İtaliyanın məşhur klubu satışa çıxarılıb

İtaliyanın köklü komandalarından olan “Fiorentina” satışa çıxarılıb.  Buna səbəb klub rəhbərliyi ilə azarkeşlər arasında yaşanan gərginlikdir.

Fanatlar klubun sahibi olan Della Valle qardaşlarının lazımi qədər vəsait ayırmadıqlarını düşünür. Komanda son illər A seriyasında ilk beşliyə girməsinə baxmayaraq, azarkeşlərin narazılığından bezən Della Valle qardaşları klubu satışa çıxarmaq qərarına gəlib.

Klubun satışa çıxarıldığı rəsmi sayt vasitəsilə elan edilib: “Fiorentina”nın sahibləri azarkeşlərin narazılığı ucbatından klubu düzgün idarə edəcəyinə inanan biznezmenlərlə görüşməyə hazırdı”.

“Fiorentina” klubu 2 dəfə A seriyasının (1955-56, 1968-69), 6 dəfə ölkə kubokunun (1939–40, 1960–61, 1965–66, 1974–75, 1995-96, 2000-01), 1 dəfə İtaliya Superkubokunun (1996) və 1 dəfə də UEFA Kuboklar Kubokunun (1960-61) qalibi olub.