İntiqam Əliyevə görə Abdullah Gülə müraciət olundu

“Bu insanı tanıyanlar onun cinayət törətməsini ağıllarının ucundan belə keçirmir…”

Azərbaycanın peşəkar hüquqşünaslarından olan Intiqam Əliyevə qarşı Türkiyədə baş vermiş zorakılıq və ədalətsizliklə əlaqədar bu ölkənin prezidenti Abdullah Gülə müraciət ünvanlanıb. Müraciət edənlər isə AXCP, Müsavat, ADP, AMIP, ALP, KXCP və Ümid partiyalarıdır.
Türk dilində yazılmış müraciətdə dövlət başçısının nəzərinə çatdırılıb ki, Azərbaycanın tanınmış hüquqşünaslarından biri, nüfuzlu ictimai xadim olan Intiqam Əliyevin hüquqları Türkiyədə ayaqlar altına atılıb. Minlərlə Azərbaycan vətəndaşının haqqının qorunmasında müstəsna xidmətləri olan Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyevin özü qardaş ölkədə haqsızlışa məruz qalıb.
Məktubda problemin mahiyyəti də öz əksini tapıb. Qeyd olunub ki, 6 iyul 2011-ci ildə vətəndaş cəmiyyəti təmsilçilərinin toplantısından qayıdarkən Istanbuldakı hava limanında polis məmurunun kobud davranışına etiraz etdiyinə görə Intiqam Əliyevin təyyarə bileti ləşv olunub, özü isə aeroportda polis saxlama mərkəzində 1 sutka saxlanıldıqdan sonra ertəsi gün – Türkiyədən deportasiya olunan gün hava limanında çoxsaylı insanın, gözü qarşısında Alaittin Sarıkaya və Selahittin Erkaraca adlı mülki geyimli polis məmurları tərəfindən fiziki zorakılışa məruz qalıb.
“Intiqam Əliyevə qarşı qardaş ölkədə baş vermiş bu zorakılıq Azərbaycanın demokratik düşərgəsində ciddi narazılıq yaradıb. Bu mövzu ətrafında gedən müzakirələrdə Azərbaycan ictimaiyyəti inamını ifadə edib ki, Inqiqam Əliyevə qarşı zorakılışa yol vermiş məmurlar cəzalandırılacaq. Lakin bu yaxınlarda hüquqşünasa göndərilən sənədlərdən aydın olub ki, nəinki günahkarlar cəzalandırılmayıb, əksinə, Intiqam Əliyevin barəsində cinayət işi açılıb və ona qarşı Türkiyə Cəza Qanununun üç maddəsilə (hədə-qorxu gəlmə, təhqir və dövlət məmurunun öz vəzifəsini icra etməsinə maneçilik) ittiham irəli sürülüb. Bu ittihamlarla hüquqşünası 6 aydan 3 ilə qədər həbs cəzası gözləyir.
Intiqam Əliyevin 30 ilə yaxın müddətdə peşəkar və ictimai fəaliyyətindən, onun qanuna hörmətindən xəbərdar olanlar bu şəxsin həmin cinayəti törətməsini aşıllarının ucundan belə keçirmir, burada hansısa yanlışlışın olduğuna inanırlar”, – deyə Abdullah Gülün diqqətinə çatdırılıb.
Siyasi partiya rəhbərləri Türkiyə prezidentinin bu işi nəzarətdə saxlayacaşına ümidvar olduqlarını bildirirlər: “Ümid edirik ki, hər hansı yanlışın, diqqətsizliyin Azərbaycandakı Türkiyə sevərlərdə ruh düşkünlüyü yaratmasına imkan verməyəcəksiniz”.