Venesuelada polis zabitləri xalqın tərəfinə keçdi

Venesuelada polis zabiti Oskar Peresin başçılığı ilə bir qrup polis qaçırdıqları vertolyotla  dövlət binalarını atəşə tutublar.

Peres yanında maskalı və formalı silahlı şəxslərlə birlikdə çəkdiyi və İnstagramda paylaşdığı videoda, Venesuela xalqını “quldur hökumətə” qarşı çıxmağa çağırır.

Reutersin xəbərinə görə, qiyamçılar Ali Məhkəmənin binasına dörd əl  bombası atıb,  Daxili İşlər Nazirliyinin binasına isə 15 dəfə atəş açıblar.

Hadisə nəticəsində ölən və ya yaralananların olması hqada məlumat verilmir.  Ancaq prezident  Maduro, hücum nəticəsində onlarla insanın öldüyünü ehtimal etdiklərini açıqlayıb.

 

azadliq.info