Dünən gecə 23 :15 radələrində Səbail rayonu, 20-ci sahə, Ömər Faiq Nemanzadə küçəsində atəş səsləri eşidilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nemanzadə 50 ünvanının qarşısında naməlum şəxs ov tüfəngindən atəş açıb. Nəticədə həmin küçədəki 198 saylı evdə yaşayan 1980-ci il təvəllüdlü Həşimov Elnur Əhməd oğlu yaralanıb. Yaralanan şəxs dərhal xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.


