Baş prokuror prezidentə qarşı korrupsiya ittihamı irəli sürüb

Braziliyanın baş prokuroru Rodriqu Jano prezident Mişel Temerə qarşı rəsmi korrupsiya ittihamı irəli sürüb

 

Baş prokuror müvafiq sənədi Braziliya Konqresinin aşağı palatasına təqdim edib.

 

Qanunvericiliyə əsasən, Mişel Temerə qarşı cinayət işinin açılması üçün konqres üzvlərinin ikidə üçü təqdim edilən sənədi dəstəkləməlidir.  Bununla belə, ölkə prezidentinə yaxın koalisiya ittihamın rədd ediləcəyinə əmindir.

 

Xatırladaq ki, Braziliyanın sabiq prezidenti Dilma Rusef korrupsiya qalmaqalına görə istefaya gedib.