Tovuzda qadın özünü qatarın altına ataraq intihar edib

Bu gün Tovuzda qadın özünü qatarın altına ataraq intihar edib.

 

APA-nın məlumatına görə, 30-35 yaşlı qadın rayonun Qovlar şəhərində özünü qatarın altına atıb.

 

Qadının kimliyi və hansı səbəbdən intihar etdiyi hələ məlum deyil.

 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.