“Xəzər Lənkəran” Polşaya sabah yola düşəcək

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Lex”lə cavab oyunu üçün Polşaya yola düşməli olan “Xəzər Lənkəran”ın planlarında dəyişiklik olub.

Qol.Az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib ki, təyyarədə yaranmış texniki nasazlıq ücbatından komanda Poznan şəhərinə sabah yola düşəcək.