Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskva səfərindən öncə PKK terror təşkilatının Rusiya üzrə nümayəndəsi Mecit Gümüşün Ankaraya təhvil verildiyi üzə çıxıb. Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, Mecit Gümüş 1 ildir ki, Rusiyada həbsxanada saxlanılıb.
Mecit Gümüş Türkiyədəki cinayət əməllərinə görə qırmızı bülletenlə axtarışda olub. O, Rəcəb Tayyib Ərdoğanın səfərindən az əvvəl Türkiyə rəsmilərinə təslim edilib. İstanbula gətirilən Mecit Gümüş sorğudan sonra həbsxanaya aparılıb (Lent.az).


