Bakıda “Azad mətbuat yürüşü”

İyulun 22-də Milli Mətbuat Günü münasibəti ilə “Azad mətbuat yürüşü” keçirilib. Yürüşdə media nümayəndələri və azad media tərəfdarları iştirak edib. Yüzə yaxın yürüş iştirakçısı Azərbaycanın Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin, “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun, mətbuatımızın banilərindən olan Nəcəf Nəcəfovun, həmçinin Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Arif Hüseynli və digər media nümayəndələrinin məzarlarını ziyarət ediblər.