Bakıda çoxmərtəbəli binada partlayış: 1 ölü, 1 yaralı

Partlayış zamanı yaralananlardan biri – 1960-cı il təvəllüdlü Xosrov Nizaməddin oğlu Əliyev aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

***

Bakıda hündürmərtəbəli yaşayış binasında partlayış olub. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, partlayış Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv. m olan dördotaqlı evin yataq otağında təmir işləri aparılan zaman olub.

Partlayışa səbəb ani alışma olub. Partlayış zamanı yüksək temperaturdan 0,5 kv.m sahədə döşəmə, 1 ədəd “MİTSUBİSHİ” markalı kondisioner qarsalanmış və pəncərə çərçivəsi haşiyədən çıxıb. Hadisə zamanı həmin evdə usta işləyən 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Yanğın hadisəsi olmayıb.