Bu yaxınlarda “Alatoran” nəşriyatında çap olunmuş vəkil Fəxrəddin “Mehdiyevin Siyasi sistemin İsveç-Skandinaviya modeli” kitabından təqdimatı davam etdiririk. Bu dəfəki mövzu Skandinaviya ölkələrinin sosial siyasətinə uğur gətirən modellərin xarakterizə olunması haqdadır.
Müasir sosial siyasət modelləri dövlətin sosial iqtisadi sahəyə müdaxiləsinin və eləcə də vətəndaşların sosial müdafiəsinin səviyyəsi üzrə fərqlənir.
Ədəbiyyatda sosial siyasət modelərinin növləri və onların xarakteriçkası mövcuddur: Sosialist modeli, bazar sosial modeli, sosial yönümlü bazar təsərüfatı modeli, ümumrifah dövləti və İsveç sosial siyasət modeli.
Sosialist modelinin əsas xusuiyyətləri dövlətin sosial iqtisadi vəziyyətə görə öz vətəndaşlarının qarşısında tam məsuliyyəti, bütün əmtəə və xidmətlərin istehsalı və bölgüsü üzərində dövlət monopoliyasına əsaslanır. Müsbət keyfiyyətləri ilə bərabər bu modelin iqtisadi səmərəliliyi yüksək deyildi, çünki dövlət vətəndaşların rifahını təmin edə bilmirdi, sosial imtiyazlar və güzəştlər bürokratik elitaya məxsus olduğundan əhalinin əsas hissəsinin təminatı aşağa səviyyədə idi, fərdlər dövlətin himayəsindən aslı olduğundan, sosial azadlıqlar məhdudlaşdığından vətəndaşların təşəbüskarlığı itirdi.
Bazar sosial modelində isə əsas prinsip sosial sahənin tənzimlənməsində bazar metodlarının üstünlüyüdür. Bu model bazar alətlərinin fəaliyyətinin genişlənməsi ilə, dövlət subsidiyalarının və dotasiyalarının minimum səviyyədə olması ilə, sosial sahənin dövlətsizləşdirlməsi ilə xarakterizə olunur.
Bazar təsərüfatlı sosial yönümlü modelinin banisi Almaniyanın dövlət xadimi Lyudvik Erxard hesab edilir. Həmin model azad rəqabət, istehlak predmetlərinin azad seçimi, iqtisadi azadlıqların prioritetliyi prinsipinə əsaslanır. Eyni zamanda dövlət vergi siyasəti, hüquqi vasitələrlə nemətlərin bölgüsünə müdaxilə etməklə vətəndaşların sosial müdafiəsini yüksək səviyyədə təmin etməyə çalışır. Modeldə sosial vasitələrin bütöv bir sistemi mövcuddur. Həmin sistem əhalinin normal həyat səviyyəsini təmin edir. Bu zaman dövlət vətəndaşların özlərinin həll edə biləcəkləri vəzifələri öz üzərinə götürmür.
İsveç modeli isə sosial sahənin yüksək səviyyədə tənzimlənməsi ilə fərqlənir. Ona görə bu modeli bəzən İsveç sosializmi adlandırırlar. Qeyd edildiyi kimi dövlət bazar təsərüfatını prioritetliyi şəraitndə vətəndaşların sosial sabitliyini təmin etmək fünksiyasını öhdəsinə götürür və sahibkarlar və vətəndaşlar üçün yüksək vergilərlə də bu funksiya təmin edilir.
Ədəbiyyatda ümumrifah modelini xarakterizə edərkən bunun əsas məqsədi kimi həmrəyliyin möhkəmləndirlməsi və bərabərliyin artılması hesab edirlər. Bu məqsədə yüksək keyfiyyətli genis və universal siyasətlə nail olunur.
Skandinaviya rifah modeli aşağıdakı əlamətləri ilə xarkterizə olunur: Ümumi əhatə xarkteri ilə bu sahədə dövlət siyasəti geniş əhatlədir, dövlət siyasəti əhalinin tam məşğulluğunun təmin olunmasına və işsizliyin qarşısının alınmasına yönəlmişdir (tam məşğulluq); dövlət siyasəti müxtəlif gender, yaş, sinifi, ailəvi, etnik, dini, regional və digər qruplar arasında bərabərliyin artılması məqsədini daşıyır (bərabərlik) ; əsas sosial təminatlar hüquqi (natural və pul ifadəsində) geniş sosial spektrlidir (üniversallıq); sosial xidmətlərin göstərilməsi yüksək keyfiyyətə malikdir və bu peşəkarlar tərəfindən təmin olunur (peşəkarlıq).
Və nəhayət, təminatın səxavətliliyi: pul transferi normal həyat səviyyəsini təmin etməyə qadirdir. Sosial siyasətin sahəsi Skandinaviya rifah modelinin mahiyyətini başa düşmək üçün prinsipal əhəmiyyətə malikdir: ailə və uşağın sosial müdafiəsi, işsizlik ilə əlaqədar problemlərin həll edilməsi, ahılların sosial müdafiəsi.
Ailə və uşaqların sosial müdafiəsi bu yalnız pul transeferi deyil, eyni zamanda sosial xidmətləri nəzərdə tutur. Qərbi avropanın rifah dövlətlərində ailə və uşaqlara kömək sistemində pul köməyi sistemi inkişaf etmişdir. Skandinaviya da isə bu təkcə pul ifadəsində deyil, eyni zamanda sosial xidmətləri sisteminin genişləndirlməsi ilə xarkterizə olunur. Bu isə gender bərabərliyinin, məşğulluğun, iş və ailə həyatının əlaqələndirlməsi yollarının optimallaşması ilə təmin edilir.
İşsizlik probleminin həll edilməsi işsizlərə pul vəsaitnin verilməsi ilə bərabər iş əldə etmək xidmətlərinin təqdim edilməsi ilə həyata keçirilir. İş əldə etmənin xidmətlərinə isə əmək bazarına daxil olmaq üçün təhsil və ixtisas əldə etmənin dövlət proqramlarının təşkil edilməsi ilə təmin edilir. Ahıllara, yaşlılara qayğı sosial müdafiənin ən mühüm sahəsidir. İsveçdə təqaüdlər Avropada ən yüksək təqaüdlərdir. İsveçdə uşağın doğulması ilə əlaqədar valideyinlər 480 gün müddətinə ödənişli məzuniyyət hüququna malikdir, uşağa xidmətlə bağlı olaraq ödənişli məzuniyyətin maksimal ölçüsü hər gün üçün 874 İsveç kronudur. Ahıllar üçün rahat və əlverişli evlər təqdim edilir. Müalicə dövlət hesabına həyata keçirlir. Bunun nəticəsidir ki, İsveçdə uzun ömrlülük Avropa üzrə ən yüksək səviyyədədir və 80- 86 yaş təşkil edir.
Ümumiyyətlə, İsveç sosial siyasətinin əsas prinsipi sosial həmrəylikdir. Sosial müdafiə üçün dövlətin xərcləri ÜDM də 40,05%dir. Finlandiyada bu rəqəm 38,97%dir. Qeyd etmək lazımdır ki, bu göstərici üzrə İsveç dünyada birinci yerdə durur. Müqayisə üçün deyək ki, ÜDM-də dövlətin sosial müdafiə xərcləri Yunanıstanda 19,79%, Portuqaliyada 14,84%, İspaniyada 12,40%dir.
İsveçdə qeyd edildiyi kimi vergilər mütərəqi dərəcə üzrə tutulur və orta əmək haqqının üçdə birini təşkil edir. Ölkədə ən aşağı əmək haqqı 9-10 min kron, ən yükəsk 40-50 min krondur.
Dövlət və ictimai fondlar faktiki olaraq insanlar üçün pulsuz təhsil və səhiyyəni təmin edirlər.
Beləliklə, Skandinaviya ölkələri yüksək həyat səviyyəsinin təmin edilməsində onun uğurlu sosial siyasəti də böyük rol oynayır.