Britaniya səfiri jurnalistlərlə görüşdü

Böyük Britaniyanın Bakıdakı səfiri Piter Beytman Ramazan ayının başlanğıcı və Azərbaycan Milli Mətbuat Günü ilə əlaqədar öz iqamətgahında bir qrup jurnalist üçün qəbul təşkil edib.
Qonaqları salamlayan səfir qeyd edib ki, Ramazan ayı getdikcə daha çox Britaniya mədəniyyətinin bir hissəsinə çevrilir və ölkə müsəlmanları bu ayda dini ayinlərə sevinclə riayət edirlər. Baş nazir Devid Kameron, baş nazirin müavini və XIN rəhbəri Uilyam Heyq Ramazan ayının başlanması ilə əlaqədar ölkə və bütün dünya müsəlmanlarına xüsusi müraciətlə çıxış edib.
Beytman həmçinin Azərbaycan jurnalistlərini iyulun 22 qeyd edilən Milli Mətbuat Günü münasibətilə təbrik edərək, demokratik cəmiyyətlərin mövcud olmasında azad və müstəqil KIV-lərin mütləq amildir.