İlham Əliyev Eldar Mahmudova qəzəblənib

eldar mahmudovMTN şefi Heydər Əliyev Mərkəzində niyə görünməyib?

Heydər Əliyev Mərkəzində baş verən yanğın zamanı Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun orada görünməməsi ölkə başçısı Ilham Əliyevin qəzəbinə səbəb olub.
Bəzi məlumatlara görə, həmin gün Eldar Mahmudovun əmisi Əkbər Mahmudov dünyasını dəyişib. Bu baxımdan da MTN rəhbəri hadisə yerinə gələ bilməyib. Lakin görünür, Ilham Əliyev onun üçün doğma olan bir obyektdə yanğın baş verməsini daha fövqəladə hadisə sayıb. Onu görə də Eldar Mahmudovun hər hansı alibisi qəbul olunmayıb. Məlumatlarda bildirilir ki, Ilham Əliyev həmin vaxt bütün xəbərləri fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan alırmış.
Xəbər görə, ölkə başçısı yanğının baş vermə səbəblərinin ciddi araşdırılmasını tapşırıb. Ilham Əliyev ehtiyat edir ki, bu olay təxribat ola bilər. Bildirilir ki, əgər yanğının qəza üzündən deyil, hansısa təxribatın nəticəsində baş verdiyi üzə çıxarsa, güc strukturları, xüsusilə MTN və DIN Ilham Əliyevin çətin sualları qarşısında qalacaq.

Hikmət