Obamadan Ramazan təbriki

Ağ ev rəhbəri dünya müsəlmanlarına məktub ünvanladı

“ABŞ qorxudan və zorakılıqdan uzaqda həyat istəyənlərin yanında dayanmağa davam edəcək”

ABŞ prezidenti Barak Obama Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarına təbrik məktubu ünvanlayıb. Ağ ev rəhbəri həyat yoldaşı Mişel Obama və bütün amerikalılar adından ünvanladığı təbrik məktubunda dünya müsəlmanlarına xoş arzularını çatdırmaqla yanaşı, Yaxın Şərq və Şimali Afrika ölkələrini bütüyən etiraz dalğasına da toxunub.

“Amerika xalıq, Mişel və mən Ramazan ayının başlanğıcında dünya müsəlmanlarına ən xoş arzularımı göndərirəm. Bu ilki Ramazan ayı demokratiya uğrunda mübarizə aparan cəsur insanlar, öz müqəddəratını təyin etməyə çalışan, universal hüquqlar naminə çarpışan Yaxın Şərq və Şimali Afrikadakı vətəndaşlar üçün xüsusi əhəmiyyat daşıyır. ABŞ öz müqəddəratını təyin etmə, qorxudan və zorakılıqdan uzaqda həyat istəyənlərin, inanclarını azad yerinə yetirmək haqqı axtaranların yanında dayanmağa davam edəcək. Ramazan ayı hər kəsə ortaq insanlığımızı, bütün böyük inancların ədalət, bərabərlik və mərhəmətə bağlı olduğunu xatırladır”, – deyə Obama təbrik məktubunda bildirib.

ABŞ prezidenti məktubun sonunda dünya müsəlmanlarına müqəddəs ay diləməklə yanaşı Ağ evdə ənənəvi iftar süfrəsi açmaqdan məmun olacağını dilə gətirib:“Ağ evdə iftar süfrəsi açmağı dörd gözlə gözləyirəm”