Rusiyanın İnquşetiya muxtar respublikasında hərbi avtomobil kalonu atəşə tutulub. İlkin məlumata görə, iki hərbçi ölüb, 3 nəfər yaralanıb. Bu haqda İnterfaks məlumat yayıb.
Saat 13:00 radələrində atəşə tutulan avtomobil kalonu qumbaraatanlarla vurulub. Maşınlar avtomatlarla güllələnib. Hadisə yerinə istintaq qrupları göndərilib. Hücum edənlərin tapılması üçün ərazi blokadaya alınıb.
azadliq.info


