Keçən həftə “xəstəlik” səbəbilə istefaya göndərilmiş Şimali Koreyanın Baş Qərargah rəisi Ri Yonq Ho haqqında yeni iddia ortya çıxıb. Cənubi Koreya kəşfiyyatının verdiyi məlumata görə, hadisənin səbəbi heç də xəstəlik yox, hakimiyyət daxilində gedən mübarizə olub.
Ş.Koreyanın marşalı Ço Ryonq Hae Kim Çen Inın vəzifədən çıxardığı Yonq Honun qərargahına gedib. Söhbət əsnasında yaranan narazılıq münaqişəyə çevrilib. Atışmada 30 nəfər əsgər öldürülüb. Vəzifədən çıxarılan Baş Qərargah rəisinin də yaralandığı bildirilir.
azadliq.info


