Şok iddia ilə Rusiyanın Fransadakı səfiri çıxış edib
Srağagün Suriya paytaxtında yüksək vəzifəli rəsmilərin həlak olduğu partlayışda yaralandığı, hətta öldüyü deyilən Bəşər Əsəd görünüb. Dövlət televiziyası törədilmiş partlayışdan sonra ilk dəfə Bəşər Əsədi göstərib. Görüntülər yeni müdafiə naziri Fəhd Casim əl Freycin təyinatı mərasimindən olub.
Bu arada rejimə qarşı vuruşan müxaliflər Suriyanın İraq və Türkiyə ilə sərhəd məntəqələrini ələ keçirdiklərini açılayıblar. Hökumət qüvvələri ilə üsyançılar arasında gedən döyüşdə 21 nəfərin həlak olduğu bildirilib. İraqın daxili işlər nazirinin müavini Adnan əl Əssidi də suriyalı müxaliflərin Suriya ilə İraq arasındakı bütün keçidləri ələ keçirdiyini söyləyib.
Rusiyanın Fransadakı səfiri Suriya diktatoru Bəşər Əsədin vəzfəsini buraxmağa hazır olduğunu açıqlayıb. Diplomat deyib ki, Bəşər Əsəd “mədəni qaydada” hakimiyyətdən getməyə razıdır.


