İran İsrailin terror iddiasını zəiflik adlandırdı

Dünən axşam radələrində Bolqarıstanın Burqaz şəhərində avtobusun partladılması nəticəsində beşi İsrail vətəndaş olmaqla, 7 nəfər həlak olmuşdu. Kamikadze hücumundan sonra İsrailin baş naziri Binyamin Netanyahu və Xarici İşlər naziri Aviqdor Liberman İran və Hizbullahı günahkar saymışdı.

İsrailin ittihamlarını İranın Bolqarıstan səfirliyi vasitəsilə cavab gəlib. Mətbuat açıqlamasında bildirilir ki, iddialar yersizdir. Tehran bütün terror hücumlarını şiddətlə qınayır. İran tərəfi İsrailin onları günahlandırmasını zəiflik adlandırıb.

azadliq.info