Putin Ərdoğanla görüşdə Obamanı yamsıladı (VİDEO)

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanın Rusiyaya səfəri yalnız müzakirə olunan siyasi məsələlərə görə deyil, həm də baş verən qalmaqala görə dünya mediasının diqqətini cəlb edib. Belə ki, Kremldə baş naziri və onun nümayəndə heyətini qarşılayan prezident Vladimir Putinin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu çağırması birmənalı qarşılanmayıb.

Türkiyə kütləvi informasiya vasitələri Putinin bu hərəkətini Davudoğluna qarşı hörmətsizlik kimi qiymətləndirirlər. Bəzi media orqanları isə Putinin bu hərəkəti ilə Barak Obamanın jestini təkrarladığını bildirirlər.

Xatırladaq ki, martın 26-da Cənubi Koreyada keçirilən “Nüvə sammiti”ndə Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın Ərdoğanla görüşü zamanı da belə bir hadisə olmuşdu. Obamanın Ərdoğanın arxasından əli ilə Davudoğlunu çağırması müzakirə mövzusuna çevrilib.

Amma Əhməd Davudoğlu özü bu qalmaqallarla bağlı rəsmi olaraq heç bir açıqlama verməyib.