Dəməşqdə döyüşlər hökumət binasına çatdı

Dəməşqdə Suriya Nazirlər Şurasının binasının yerləşdiyi İxlas məhəlləsində döyüşlər başlayıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, Dəməşq Universitetinə aid bir korpusun da yerləşdiyi bu məhəllədən Suriyanın Prezident Sarayına qədər 3 kilometr məsafə var.

Bəşər Əsədə sadiq qüvvələrlə Azad Suriya Ordusunnun döyüşçüləri arasında toqquşmalar Dəməşqin digər rayonlarında da davam edir. Şəhər sakinləri döyüşlərin getdiyi əraziləri tərk edə bilməyiblər. Hökumət qüvvələri isə əhaliyə ərazini tərk etmək üçün iki sutka möhlət verildiyini açıqlayıb.