Dünən Dəməşqdə Suriyanın 3 yüksək mövqeli dövlət məmuru öldürüldükdən sonra şəhərdə qızğın döyüşlər gedir. Kamikadze hücumu ilə Müdafiə naziri Davuda Raça, Əsədin arvadının qardaşı Asif Şevket, general Həsən Türkmani öldürülmüşdü. Paytaxt Dəməşqdə Azad Suriya Ordusu ilə hökümət qüvvələri arasında gedən döyüşlər hökümət binaları olan əraziyə keçib.
Əsəd rejimi müxalif qüvvələri vurmaq üçün hərbi vertolyotlardan istifadə edir. Müxalifət Dəməşqin Meze səmtində şiddətli döyüşlərin getdiyi xəbərini verir. Ərazidə güclü partlayışlar baş verib. Əsəd ordusunun iki tankı məhv edilib.
azadliq.info


