Rusiyanın məhşur teleaparıcısı və müxalif fəalı Kseniya Sobçak pulunun qaytarılması üçün Moskva məhkəməsinə müraciət edib.
Xatırladaq ki, 12 iyunda, “Milyonların marşı”ndan bir gün əvvəl polis müxalifət fəallarının evində axtarış aparmışdı. Sobçakın mənzilindən heç bir səbəb göstərilmədən 1 milyon avro götürmüşdülər.
Teleaparıcının vəkili bildirib ki, pulların təhlükəsizlik orqanlarında saxlanılmasının heç bir hüququ əsası yoxdur. Pullar aşkarlanan zaman Sobçakı vergi qaçaqçılığında günahlandırmışdılar.
azadliq.info


