Obama və Putin Suriyanı müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Barak Obama arasında telefon danışığı olub. Rusiya prezidentinin mətbuat xidmətinin katibi Dmitri Peskovun sözlərinə görə, prezidentlər telefon danışığı zamanı Suriya məsələsini müzakirə ediblər.

Peskov bildirib ki, Suriyadakı son hadisələrlər bağlı liderlərin mövqeyi üst-üstə düşsə də, problemin tənzimlənməsinə dair yanaşmalar isə müxtəlif olub. Mətbuat katibi telefon danışığının ABŞ tərəfinin istəyi ilə gerçəkləşdiyini söyləyib.