Məhkəmə “Apple”ı “Samsung” qarşısında alçaltdı

Britaniya məhkəməsi “Apple” şirkətini Samsungu reklam etməyə məcbur edib. Bir müddət əvvəl “Apple” “Samsung”un Galaxy Tab 10.1 planşetlərinin dizaynının kopya olduğunu iddia edərək, satışa qadağa qoyulmasını istəmişdi. Məhkəmə iki məhsul arasında bənzərliyin olmamasını bildirərək, “Samsung”u haqlı saydı.

İndi isə məhkəmə “Apple”ı qarşı tərəfin zədələnmiş reputasiyasını bərpa etməyə məcbur edib. “Apple” yarım il ərzində Britaniyadakı saytında məhkəmə qərarı haqqında məlumat yerləşdirməli və onu silməməlidir. Bundan başqa “The Financial Times”, “The Daily Mail”, “Guardian” kimi qəzetlərdə “Samsung” planşetinin “Apple” ilə bənzərliyinin olmadığı haqda məqalə dərc edilməlidir.

“Apple” şirkətinin nümayəndəsi rəqib şirkətin məhsulunu öz saytında reklam etmənin çox ağır cəza olduğunu bildirib və apelyasiya şikayəti verəcəklərini deyib.

azadliq.info