Qobustanda hərbi bazada yanğın olub, xəsarət alanlar var

İyulun 19-da səhər saatlarında Dövlət Sərhəd Xidmətinin Qobustan rayonunda yerləşən hərbi hissəsinin bazasında yanğın baş verib. Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, yanğın hərbi bazanın silah-sursat anbarında baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və helikopterləri cəlb olunub.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildiriblər ki, yanğın zamanı 3 FHN əməkdaşı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan ikisi travma, biri isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.