Bir müddət əvvəl mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bəyan eləmişdi ki, standartlara cavab verməyən otel və istirahət mərkəzlərinin fəaliyyəti dayandıralacaq. Bu bizneslə məşğul olan sahibkarlar “Azadlıq”a bildirmişdi ki, Əbülfəz Qarayevin “standartlaşdırma siyasəti” otel və istirahət mərkəzlərinin də inhisara alınması məqsədi daşıyır.
Artıq bunun ilk simptompları özünü göstərir. Mədəniyyət və Turizm Nazirliyi Nabranda yerləşən “Lotos” istirahət mərkəzinin lisenziyasını ləğv edib(APA). Nazirlik lisenziyanın ləğv olunmasının səbəblərini açıqlamayıb.
“Lotos” istirahət mərkəzinin deputat Azər Kərimliyə məxsus olduğu iddia edilir. Azər Kərimlinin isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun komandasına daxil olduğu bildirilir.
Hikmət