Taliban NATO-nun 22 tankerini partlatdı

Taliban qüvvələri Əfqanıstanın şimalında NATO əsgərlərinə yanacaq daşıyan 22 avtomobil tankeri havaya uçurublar. Polisin verdiyi məlumata görə, Özbəkistandan Əfqanıstana keçən tankerlər Samanqanda fasilə verərkən yandırılıb. Bir avtomobilin altına yerləşdirilən bombanın partlaması ilə qalan tankerlər də zəncirvari şəkildə partlamağa başlayıblar. Yanğın hələ də söndürülə bilməyib.  Patlayış səhər vaxtı olduğundan ətrafda ölənlər olmayıb.

Samanqan şəhərində taliban xüsusilə aktivləşib. Şənbə günü tanınmış əfqan siyasətçisi Əhməd Xan Samanqani qızının toyunda öldürülmüşdü.

azadliq.info